Ağ Evdə tapılan narkotiklə bağlı təhqiqat davam edir

post-img

Ağ evdə kokain tapılması ilə əlaqədar məxfi xidmətlər tərəfindən başlanmış təhqiqat şübhəlinin aşkarlanmasından asılıə olmayaraq, gələn həftənin əvvəllərində yekunlaşacaq. Məlumatı CNN telekanalı ferderal hüquq-mühafizə orqanları nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hələ DNK və barmaq izləri analizlərinin nəticələri alınmayıb. Amma müstəntiqlər artıq giriş-çıxış jurnallarını və videomüşahidə kameralarını incələyirlər.

Telekanalın müsahibi deyib ki, narkotikin tapıldığı yerdə gəliş-gediş çox olduğundan kokainin kimə məxsus olduğunu təyin etmək çətin olacaq. Ona görə də təhqiqatın müddəti uzana bilər. 

Məxfi xidmətin məlumatına görə, iyulun 2-də Ağ evin zonalarından birində xidmətçi heyətin istifadə etdiyi ərazidə ağ rəngli maddənin izləri tapılıb. Ekspertiza onun kokain olduğunu təsdqləyib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya