Lukaşenko "Vaqner"-in rəhbərinin gəlişini təsdiqləyib

post-img

Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbərinin ölkədə olduğunu təsdiqləyib.

A.Lukaşenko iyunun 24-də "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə aparılmış danışıqların təfərrüatlarını açıqlayıb.

Belarus lideri deyib ki, o, Rusiya prezidenti Vladimir Putinin dediyi təhlükəsizlik zəmanətlərini verib. O qeyd edib ki, Priqojin artıq Belarusa təyyarə ilə gəlib və Belarusun "Vaqner"in üzvlərinə yardım və dəstək göstərəcəyini, o cümlədən yaşayış və digər xidmətlər göstərəcəyini təsdiqləyib.

"Xalq qəzeti"

 

Dünya