Çin ABŞ-ın Tayvanla bağlı mövqeyini təhrif etməsindən narazıdır

post-img

Çin XİN-in nümayəndəsi Yan Tao bəyan edib ki, ABŞ “vahid Çin” siyasətinə münasibətdə özünün mövqeyini təhrif edir. Belə ki, Çin hökuməti Vaşinqtonun Tayvana hər hansı qarantiyasını qəbul etmir. Məlumatı “Kommersant.ru” verib. 

Yan brifinqdə deyib: “ABŞ dəqiq etiraf etdi ki, dünyada yalnız bir Çin var, Tayvan onun bir hissəsidir və ÇXR Çini təmsil edən yeganə qanuni hökumətdir”.

Onun sözlərinə görə, bu siyasət ABŞ-ın Tayvana qarantiya vermək qərarı ilə pozulub. Bu, Pekin və Vaşinqton arasındakı razılaşmaya ziddir: “Çin bu qərarlara etiraz edir və onları tanımır”. 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu günlərdə Çində olub, XİN başçısı və Sədr Si Cinpinlə görüşüb. Çin XİN-in məlumatına görə, Blinken Tayvanın müstəqilliyini dəstəkləmədiyini və Çinlə münaqişə istəmədiyini bəyan edib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya