Böyük Britaniya Ukraynaya 116 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edib. Bu barədə Birləşmiş Ekspedisiya Qüvvələrində (JEF) iştirak edən ölkələrin müdafiə nazirlərinin görüşündə məlum olub.
Britaniya hökuməti bildirib ki, ianə verilən avadanlıq Ukraynanın öz kritik milli infrastrukturunu, mülki əhalini və ordunu cəbhə xəttində müdafiə etmək qabiliyyətini artıracaq.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"