Ukrayna mətbuatı xəbər verir ki, Latviya rəsmi Kiyevə 450 min avro yardım ayırıb.
Latviya KİV-i bu yardımın humanitar xarakter daşıdığını bildirir. Yardım Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasının nəticələrinin aradan qaldırılması istiqamətində sərf olunacaq.
Latviya hökuməti ayrılmış pulla yanaşı, Ukraynaya elektrik generatorları, kompressorlar, nasos stansiyası, xilasedici jiletlər, motor nasosları, dalğıc əlcəkləri, çəkmələr, kvadrosikllər və digər avadanlıqlar da göndərəcək.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"