ABŞ Ukraynada münaqişənin kəskinləşməsindən qorxmur, lakin oradakı sağlam insanlar açıq şəkildə işi üçüncü dünya müharibəsinə aparmaq istəmirlər. Üçüncü dünya müharibəsi baş verərsə, qaliblər olmayacaq, o cümlədən Amerika da qalib olmayacaq.
“Xalq qəzeti” xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə deyib.
V.Putin Ukrayna münaqişəsinin həllinin açarının Qərbdə olduğunu bildirib. Rusiya Prezidenti düşünür ki, Qərb, xüsusilə də, ABŞ Ukraynaya silah və texnika tədarükünü dayandıracağı təqdirdə rəsmi Kiyev tezliklə danışıqlar aparmaq istəyəcək.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"