ABŞ-ın Ukraynaya ümumi yardımı 40 milyard dolları keçib

post-img

Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Kiyevə hərbi yardımları artan templə davam edir. Belə ki, ABŞ Ukraynaya daha 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi ayırır.

“Xalq qəzeti” ABŞ və Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu faktı ABŞ Dövlət katibi Antoni Blinken də təsdiqləyib.

Pentaqonun məlumatında bildirilir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan - 2022-ci il fevralın 24-dən bu günə kimi ABŞ Kiyevə 40 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya