Türkiyə və Misir XİN başçıları arasında telefon söhbəti

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan və misirli həmkarı Samih Şükri arasında telefon danışığı olub. Məlumatı “Anadolu” verib.

Məlumata görə, Şükri XİN başçısı təyin olunması ilə əlaqədar Fidanı təbrik edib. Tərəflər Türkiyə və Misir arasında ikitərəfli münasibətləri müzakirə ediblər. 

Söhbətin başqa aspektləri haqda məlumat verilməyib. 

Qeyd edək ki, iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini elan edib. Hakan Fidan yeni kabinetdə XİN başçısı vəzifəsini tutub. Buna qədər o, milli kəşfiyyatın başçısı olub. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya