Özbəkistanda Mirziyoyevin prezidentliyə namizədliyi qeydə alınıb

post-img

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 5-də keçirilən növbəti iclasında dövlət başçısı postuna növbədənkənar seçkilərdə prezident Şavkat Mirziyoyevin namizədliyi qeydə alınıb. Bu barədə TASS agentliyi məlumat yayıb. 

Xəbərdə deyilir ki, MSK, həmçinin ölkənin siyasi partiyalarının irəli sürdü­yü daha üç namizədin qeydə alınması prosesini yekunlaşdırıb. Aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəliş­lər üzrə referendum keçirilib və pre­zidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. 

Konstitusiya düzəlişləri həm də hazırkı dövlət başçısı Şavkat Mirziyo­yevə üçüncü müddətə namizədliyini irəli sürmək imkanı verib. Mayın 8-də Özbəkistan Prezidenti dövlət başçısı postuna növbədənkənar seçkilərin ke­çirilməsi barədə fərman imzalayıb.

Ölkənin Seçki Məcəlləsinə uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiy­yatdan keçən bütün siyasi partiyala­rın prezidentliyə namizəd irəli sürmək hüququ var.

“Xalq qəzeti”

Dünya