NATO-nun müraciəti əsasında Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başlayıb. Bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.
Məlumatda bildirilir ki, baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqada xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilir.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"