Qırğızıstan Aİ ilə ticarət və əməkdaşlığı genişləndirmək istəyir

post-img

Qırğızıstan Prezidenti Sadır Japarov Aİ ilə ticarət və əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirib.

O, şənbə günü Qırğızıstanın Çolpon-Ata şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel ilə görüşdə bunları deyib: "Biz ticarət, investisiya və insanlar arasında mübadilənin genişləndirilməsinə sadiqik. Bu, təkcə xalqlarımıza fayda verməyəcək, həm də regionumuzda daha geniş sabitlik və inkişafa töhfə olacaq. Qırğızıstan Respublikası Avropa İttifaqı ilə əl-ələ verib  ümumi məsələlərin həllində, dialoqun təşviqində və davamlı həll yollarının tapılmasında çalışmağa hazırdır”.

S.Japarovun sözlərinə görə, Qırğızıstan Aİ ilə əməkdaşlığın dərin mərhələsini gözləyir və “burada geniş tərəfdaşlıq və əməkdaşlıq haqqında imzalanacaq Saziş aparıcı rol oynamalıdır”.

S.ELAY,

"Xalq qəzeti"

 

 

Dünya