Berluskoni Avropanın nüfuzunun düşməsi barədə danışıb

post-img

İtaliyanın sabiq Baş naziri Berluskoni deyib ki,  çox az adam Avropa ilə hesablaşır.

 

Silvio Berluskoni İtaliyanın Sky TG24 telekanalına müsahibəsində deyib ki, bu gün az adam Avropa ölkələrini nəzərə alır.

“Əgər Çin - bunu təbii ki, şişirdərək deyirəm - bir gün İtaliyanı və bəlkə də başqa bir Avropa ölkəsini işğal etmək qərarına gəlsə, bununla necə məşğul olacağımız barədə heç bir fikrimiz olmayacaq və edə biləcəyimiz ən yaxşı şey məktəbə getməkdir. Çin dilini öyrənin”, - deyə Berluskoni bildirib.

Siyasətçi Avropa ölkələrinin nüfuzunun aşağı düşməsini hərbi siyasətin mükəmməl olmaması ilə əlaqələndirib. O hesab edir ki, Avropanın bütün dövlətlərin orduları arasında daha sıx əməkdaşlığa, hərbi xərclərin artırılmasına və ən azı 300 min nəfərdən ibarət birgə çevik reaksiya qüvvələrinin yaradılmasına ehtiyacı var.

Dünya