Slovakiya Ukraynaya vəd etdiyi qırıcıları təhvil verdi

post-img

Slovakiya Ukraynaya vəd edilmiş hərbi təyyarələri təhvil verdi. Bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kiyev 13 Miq qırıcısının hamısını alıb.

Daha əvvəl Rusiya Slovakiyanı Ukrayna tərəfə Mig-29 tədarükü səbəbindən müqavilələri pozmaqda günahlandırmışdı. Burada 29 aprel 1997-ci il tarixli hərbi-texniki əməkdaşlıq Sazişində təsbit edilmiş Rusiya silahlarının ixracına dair öhdəliklər vurğulanmışdı.

Qeyd edək ki, Bratislavanın Kiyevə ilk Mig-29 qırıcılarını göndərməsi martın 23-də məlum olub. Sonra qeyd edilmişdi ki, tədarük müqabilində Slovakiya 900 milyon dollar təzminat alacağını gözləyir.

Anar Əli,
“Xalq qəzeti”

Dünya