Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarx hazırlanıb

post-img

Mayın 8-də “Crystal Group of Companies”  ASC-nin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Fəxri Xiyabanda ümummilli liderin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzüb.

Daha sonra akt salonunda şirkətin sifarişi ilə hazırlanmış xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarxa ictimai baxış keçirilib. Videoçarxda xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış və onu əbədi müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətə xalq sevgisindən bəhs olunur.

 












Son xəbərlər