Türkiyədə zəlzələdə ölənlərin sayı 47 min 975-ə çatıb

post-img

Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 min 975-ə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.

O qeyd edib ki, 935 min 722 vətəndaş isə zəlzələ bölgəsindən təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Dünya

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram