417 Mayya şəhəri aşkar edilib

post-img

Alimlər Qvatemala ərazisində, təxminən, eramızdan min il əvvələ aid 417 qədim Mayya şəhəri aşkar ediblər.

Bu barədə ABŞ–Qvatemala birgə arxeoloji ekspedisiyasının tədqiqatçı­ları “The Washington Post” qəzetinə müsahibə veriblər. Məlumatda bildirilir ki, “magistral yollar” şəbəkəsi ilə bir­ləşən şəhərlərin uzunluğu 177 kilometr (109,9 mil) təşkil edir. 

2015-ci ildən bəri bu layihə üzərin­də işləyən heyət şəhərlərə məxsus ən kiçik detalları belə aşkar etmək üçün arxeoloji lazer xəritələşdirmədə əhə­miyyətli vasitə olan “lidar” texnologiya­sından istifadə ediblər. 

Araşdırmaya görə, bu texnologiya alimlərə qədim bəndləri, su anbarları­nı, piramidaları, platformaları, yol şə­bəkələrini və hətta top meydançalarını belə görməyə imkan verir.

Qeyd olunur ki, layihədə növbəti ad­dım Misir piramidalarına bənzər digər sirli piramidaları aşkar etməkdir.

Dünya