Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Bakı Dövlət Universitetinin (BDU) məzunlarının məşğulluq vəziyyətinin təhlilinə dair hesabatı təqdim edilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, Universitet məzunlarının məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23978 məzun məlumatları və 12500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edilib.
BDU rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib. O bildirib ki, məzunlarının işə götürülmə göstəricilərinin analizi BDU üçün çox önəmlidir.
Təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan TOP15 ixtisas müəyyən edilib. Məlum olub ki, məşğulluq göstəricisi ən yuxarı olan “İqtisadiyyat və idarəetmə”, “Kənd təsərrüfatı” ixtisas qruplarıdır. Məşğulluq göstəricisi ən yüksək olan məzunlar isə “Geologiya”, “Hidrometeorologiya”, “Menecment” ixtisaslarını bitirən tələbələrdir.
Təhlil zamanı BDU və Universitetin Qazax filialı üzrə məzunların məşğulluq göstəricilərinin müqayisəsi aparılıb, ixtisas qrupları və ixtisaslarda orta əməkhaqqı göstəriciləri müəyyən edilib.
Qeyd olunub ki, təhlilin nəticələrinə əsasən, tələbələrin iş həyatına daha asan uyğunlaşması üçün müxtəlif proqramlar tətbiq ediləcək.
BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib
- Təhsil
- 10:26 18.02.2025
- Oxunma sayı: 891

Açar sözlər:
Paylaş:
Ölkə ərazisində 62 cinayətin açılması təmin olunub
10:28 18.02.2025Təhsil
UNEC: Milli dildə keyfiyyətli təhsil modeli
17:15 09.09.20257 min şagird dövlət hesabına musiqi təhsili alacaq
10:18 09.09.2025Şagird formaları xüsusi ünvanlarda satılır
10:13 09.09.2025Gəl-gəl, məktəb günləri!
10:12 09.09.2025Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
14:06 08.09.2025Ali təhsil müəssisələrinə qeydiyyat başa çatır
10:49 08.09.2025Musiqi məktəblərinə qəbul başa çatıb
07:41 07.09.2025-
- 21:58 09.09.2025
-
- 20:43 09.09.2025
-
- 18:59 09.09.2025
-
- 18:38 09.09.2025
-
- 18:35 09.09.2025
-
- 18:27 09.09.2025
-
- 18:14 09.09.2025
-
- 18:11 09.09.2025
-
- 18:09 09.09.2025
-
- 17:56 09.09.2025
-
- 17:36 09.09.2025
-
- 17:15 09.09.2025
-
- 17:07 09.09.2025
-
- 17:05 09.09.2025
-
- 17:03 09.09.2025
-
- 16:32 09.09.2025
-
- 16:29 09.09.2025
-
- 16:21 09.09.2025
-
- 15:55 09.09.2025
-
- 15:44 09.09.2025
-
- 15:32 09.09.2025
-
- 14:25 09.09.2025
-
- 14:24 09.09.2025
-
- 14:21 09.09.2025
-
- 14:12 09.09.2025
-
- 13:02 09.09.2025
-
- 12:52 09.09.2025
-
- 12:48 09.09.2025
-
- 12:42 09.09.2025
-
- 12:26 09.09.2025
-
- 12:24 09.09.2025
-
- 12:18 09.09.2025
-
- 12:16 09.09.2025
-
- 12:12 09.09.2025
-
- 12:04 09.09.2025
-
- 11:56 09.09.2025
-
- 11:54 09.09.2025
-
- 11:53 09.09.2025
-
- 11:52 09.09.2025
-
- 11:50 09.09.2025