Dövlətimiz tərəfindən tələbələrin xaricdə təhsil imkanlarının artırılması işi artıq öz bəhrəsini verməkdədir.
Hər il olduğu kimi, bu il də onlarla tələbə xarici universitetlərə təhsil alacaq. Dövlət proqramı əsasında ali təhsilini xarici universitetdə davam etdirəcək məzunlardan biri də Ürfət İsayevdir. “Oxbridge Akademy”in yetirməsi olan Ürfət 2 illik “A level” proqramını yalnız 1 akademik il ərzində tamamlayaraq möhtəşəm nəticə əldə edib. Onun əldə etdiyi yüksək naliyyətlər Ürfətin Edinburq Universitetində İqtisadiyyat və riyaziyyat fakültəsinə qəbul olunmasına yol açıb. Xaricdə tələbə adını qazanan digər həmyerlilərimiz kimi, Ürfət də dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramından faydalana biləcək.
Bütün bunlarla yanaşı, istedadlı gənc Elm və Təhsil Nazirliyi tərəfindən yüksək dərəcəli attestatla da mükafatlandırlıb. Proqram yüksək akademik nəticələr göstərmiş tələbələrə xarici universitetlərdə təhsil alaraq, ölkmizi beynəlxalq səviyyədə təmsil etməyə imkan verir.
Biz də istedadlı həmyerlimizi tələbə adını qazanması müansibətilə təbrik edirik.
XQ