Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

post-img

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisidir.

Bu barədə BANM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur.

BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri biznesin idarəedilməsi, 4 nəfəri kimya mühəndisliyi, 2 nəfəri isə kompüter mühəndisliyi ixtisasının tələbəsidir.

Təhsil