"Parlayan Ziya” Gəncədən başladı…

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə şəhərin ictimai-siyasi və elmi-mədəni həyatında fəal rol oynayan ziyalılar iştirak ediblər.     

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA-nın akademik-katibi Arif Həşimov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev və digər ziyalılar yer alıblar.    

Çıxış edənlər layihənin əsas məqsədinin gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasına dəstək vermək, cəmiyyətdə maarifləndirməni gücləndirmək və ziyalılarla gənclər arasında birbaşa ünsiyyəti artırmaq olduğunu vurğulayıblar. Qeyd olunub ki, Gəncənin zəngin tarixi və formalaşmış ziyalı mühiti bu təşəbbüsün məhz burada başlanmasını şərtləndirən əsas amillərdəndir.      

Tədbirin sonunda Gəncə üzrə yerli əlaqələndirici şuranın yaradılması barədə qərar qəbul edilib.     Bildirilib ki, layihə çərçivəsində bundan sonra da mütəmadi görüşlər keçiriləcək, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və sağlam düşüncə tərzinin formalaşdırılması istiqamətində maarifləndirici tədbirlər davam etdiriləcək. 

Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri













Sosial həyat