Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev fevralın 13-də Astara rayonunda sakinləri qəbul edib.
Bu barədə XQ-yə ƏƏSMN-dən məlumat verilib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.






