Dekabrın 18-də Dövlət Gömrük Komitəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Kimlik, Vətəndaşlıq, Gömrük və Liman Təhlükəsizliyi qurumunun nümayəndə heyəti ilə görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə iki ölkənin gömrük orqanları arasında səmərəli və işgüzar əməkdaşlıqdan məmnunluqla bəhs edilib, eyni zamanda qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin gömrük hüquqpozmaları, gömrük sistemində süni intellektin tətbiqi, sərnişinlərə dair ilkin məlumatların təhlili prosesi, risklərin idarəolunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.



