Xaçmazda “Məşğulluğa dəstək”

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə növbəti ictimai dinləmə Xaçmaz şəhərində təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilən tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib.

Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində avadanlıqlarla təmin olunaraq kiçik bizneslərini quran şəxslərin uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş olunub.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.

XQ

Sosial həyat