Külli miqdarda siqaretlər və psixotrop dərman preparatı aşkar edilib

post-img

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Culfa” və “Naxçıvan Karqo Terminal” gömrük postlarında yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən XQ-yə bildirilib ki, yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 80 000 ədəd siqaret və 100 ədəd psixotrop tərkibli “Alprazolom” dərman preparatı və 177 qutu müxtəlif növ dərmanlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sosial həyat