Xocavənd rayon məktəbliləri və pedaqoji kollektivi “Konstitusiya və Suverenlik ili” çərçivəsində şəhərə ekskursiya təşkil ediblər.
Layihə rəhbərləri Qüdrət Zülfüqarlı və Ləman Cəfərova bildiriblər ki, layihə çərçivəsində iştirakçılar Xocavəndin tarixi abidələri ilə tanış olub, qədim kəndlərimizi gəziblər. Layihə çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli də görüş olub. Şagirdlər onunla yaxından tanış olub, xatirə şəkli çəkdirdilər.
Qeyd edilib ki, bu cür layihələr gənc nəslin tariximizi tanımasına, Vətənə olan bağlılığını daha da gücləndirməsinə xidmət edir.
XQ