Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti verib.
Əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 2-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4960 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ