Gündəlik həyatın gərginliyi bəzən əhvalımıza mənfi təsir göstərir. Amma beynimizdə “xoşbəxtlik hormonu” serotonini artırmaq əhvalımızı düzəldir. Fitoterapevtlərin fikrincə, bunun üçün bəzi məhsulları qidamıza əlavə etməliyik.
Bananın tərkibindəki triptofan serotonini artırır. B6 vitamini əhval-ruhiyyəni tarazlamağa kömək edir. Qəlyanaltı üçün faydalıdır.
Tünd şokolad təkcə serotonin səviyyəsini artırmır. Antioksidant təsiri də var. Az yeyildikdə, əhval-ruhiyyəni yaxşılaşdıran güclü bir desert alternativi olur.
Yulaf günə enerjili başlamaq istəyənlər üçün ideal səhər yeməyidir.
İspanaq zəngin maqnezium tərkibi ilə sinir sistemini rahatlaşdırır.
Yumurta tərkibindəki triptofan və B vitaminləri ilə beyinə müsbət təsir edir. Gündə 1 yumurta həm fiziki, həm də zehni performansı yaxşılaşdıra bilər.
Badam sağlam yağlar və maqneziumla zəngindir. 1 ovuc badam gün ərzində sakit qalmağa kömək edə bilər.
Somon balığı Omeqa-3 yağ turşuları ilə tanınır, serotonin səviyyəsini tarazlayır. Həftədə ən az 1–2 dəfə yemək depressiv əhval-ruhiyyəni azaldır.
Toyuq yüngül, faydalı zülal qaynağı və triptofanla fiziki gücü və zehni dəstəkləyir.
Soya və soya məhsulları vegetarianlar və veganlar üçün yaxşı seçimdir.
Taxıl məhsulları – qəhvəyi düyü, buğda çörəyi və buğdalı makaron qan şəkərini tarazlayır, toxluq hissi yaradır.
Z.HÜSEYNLİ
XQ