Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin muxtar respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Şərurda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şərur şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra Şərur şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində qəbula gələn vətəndaşların müraciətləri dinlənilib.
İqtisadiyyat Nazirliyin struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi və adiyyəti qurumların onlayın qoşulduğu qəbulda dövlət maliyyə dəstəyinin göstərilməsi, mülkiyyətdə olan əmlakın qeydiyyata alınması, özəlləşdirməsi barədə müraciətlər cavablandırılıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub və araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.