Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “Hyundai” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Məlumatı DİN mətbuat xidməti yayıb.
Sənədlərin yoxlanılması zamanı sürücü Ruslan Abdullayevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması aşkarlanıb. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etdiyi təsdiq olunan R.Abdullayev məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
P.ƏMİRCANOV
XQ