DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor təyin edilib

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Elnarə Məhəmməd qızı Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. 

Elnarə Ənsari 1979-cu ildə anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit fakültəsi üzrə təhsil alıb.
 
2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr Departamentində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdir müavini işləyib.
 
2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
 
İngilis və rus dillərini bilir. 
 
Ailəlidir, 2 övladı var.

Sosial həyat