Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının Culfa rayonunun Ərəfsə kəndində yerləşən “Aquamarin” ailəvi istirahət mərkəzinə gəzintisi təşkil olunub.
Həmin gün uşaqlar onlar üçün təşkil edilmiş əyləncəli oyunlarda iştirak ediblər. Mərkəzdə onlara müxtəlif xidmətlər də göstərilib.
Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir. Muxtar respublikada belə xeyriyyə aksiyaları silsilə xarakter daşıyır.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri