Formula 1 Azərbaycan Qran-Prisi 2025 üçün paddok tikintisi başlayıb

post-img

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bakı Şəhər Halqasından (BŞH)  verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

BŞH Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edib, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.



Sosial həyat