Şimal regionu üzrə 40 şagird Respublika fənn olimpiadalarının final mərhələsində biliyini sınayacaq

post-img

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri üzrə 40 şagird Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüquq qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, finala vəsiqə qazanan şagirdlərin 18-i coğrafiya, 10-u Azərbaycan dili, 4-ü riyaziyyat, 3-ü biologiya, 2-si tarix, 2-si fizika, 1-i isə informatika fənni üzrə uğur qazanıb.

Finalda iştirak edəcək 40 şagirddən 15-i Xaçmaz, 11-i Şabran, 9-u Quba, 4-ü Qusar, 1-i isə Siyəzən məktəblisidir.

Olimpiadaların təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Sosial həyat