Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək

post-img

Fevralın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Lənkəran şəhərində, nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 10:00-dan Lənkəran və Astara rayonları sakinlərini qəbul edəcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 27 fevral 2025-ci il tarixdə Cənub Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

P.ƏMİRCANOV

XQ

Sosial həyat