Rostovda Azərbaycan klubu fəaliyyətə başlayıb

post-img

Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində fəaliyyət göstərən Don Dövlət Texniki Universitetində Azərbaycan klubu yaradılıb.

Tədbirdə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Rostov Regional bölməsinin fəalları və Don Dövlət Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib. 

Klubun həm Azərbaycanlı tələbələr, həm də Azərbaycan mədəniyyəti və ənənələrinə daha yaxından bələd olmaq istəyənlər arasında birliyi, həmrəyliyi təşviq edəcəyi, onlar arasında əlaqələrin, təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyi bildirilib. 

 





Sosial həyat