Yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 44,2 milyon manat və ya 11,1 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 milyon manat və ya 8,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 35,9 milyon manat və ya 12,6 faiz artıb.