Çaylar çəkini necə azaldır?

post-img

Arıqlama məqsədilə bitki çaylarından tez-tez istifadə edilir. Lakin bu çaylar sağlam qidalanma və müntəzəm idmanla birlikdə daha təsirli olur.
Fitoterapevtlər bildirirlər ki, arıqlamaq üçün istifadə edilən çayların bir çoxunun tərkibində maddələr mübadiləsini sürətləndirməyə, bədəndən toksinləri çıxarmağa, həzmi dəstəkləməyə və şişkinlik kimi problemləri aradan qaldırmağa yönəlmiş maddələr var. Ona görə də çəki azaltmaq istəyənlər belə çaylardan istifadəyə üstünlük verirlər.
Bəs arıqlama çayları nə dərəcədə təsirlidir? Alternativ tibb mütəxəssislərinin fikrincə, mütəmadi olaraq idman etmək, sağlam və düzgün qidalanma rejimi yaratmaq və kifayət qədər su içmək arıqlama prosesinə daha çox təsir edən amillərdir. Təcrübələr göstərir ki, arıqlama çaylarının bu prosesə kömək etməsi mümkündür, lakin onların qida əlavəsi kimi istehsal edildiyi unudulmamalıdır.
Bundan əlavə, çəkini azaltmaq üçün istifadə edilən elə çaylar var ki, bəzi insanlarda yan təsirlərə səbəb olur. Qan təzyiqi, ürək və mədə xəstələri bu çaylardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat