Gün ərzində qeydə alınan 74 cinayətin üstü açılıb

post-img

Fevralın 5-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 150, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat