Azərbaycan Respublikasında yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planına uyğun olaraq yanvarın 14-də Mərkəzi və dairə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərlə onlayn müşavirə keçirilib.
YAP-dan bildirilib ki, müşavirədə məşvərətçi səs hüquqlu üzvlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinin də demokratik, şəffaf və ədalətli keçirilməsi üçün Mərkəzi və dairə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.