Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısından başlanılacaq”, - deyə o qeyd edib.