Sosial və tibbi sığorta ilə bağlı qanunlarda hansı dəyişikliklər edilib?

post-img

“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Qanun layihəsi parlamentin dekabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihə 3 qanun üzrə 4 dəyişikliyi özündə ehtiva edir.

Dəyişikliklərdə birinci istiqamət gəlir vergisi, işsizlik, tibbi və sosial sığorta barədə hesabatların təqdim edilməsi vaxtlarının tənzimlənməsi ilə bağlıdır. İkinci əsas mahiyyət xarakterli digər dəyişiklik həyatın yığım sığortası sahəsində sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 2025-ci ildən ləğvi təklif olunur.

Sosial həyat