Bakı metrosunun “Dərnəgül-Bakmil” stansiyaları istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qrafikə uyğun olaraq “Bakmil” stansiyasından “Nərimanov” elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.