Şəmkirdə maraqlı bir təşəbbüsə imza atıblar.Məqsəd həm şəhərdə, həm də kəndlərdə mərhələli şəkildə adamlara iş yerləri təklif etmək və işsizliyin qarşısını tamamilə almaqdır.
İcra hakimiyyətinin bu addımı rayonda razılıqla qarşılanmışdır. “ Şəmkirdə iş var” başlıqlı elan əvvəlcə rəsmi səhifədə yerləşdirilir. Məsələn, bu məzmunda: “Xüsusilə Qapanlı, Qaracəmirli kəndlərinin və Şəmkir şəhər sakinlərinin nəzərinə aşağıdakı vakansiyaları təqdim edirik. Şəmkir Rayon İcra Hakimiyyəti Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsi ilə birlikdə informativ xarakterli layihəicra edir. Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin informasiya sistemlərindən, vakansiya bankından əldə edilmiş məlumatlar əsasında Şəmkir rayonunda mövcud olan vakant iş yerləri, vəzifələrə dair tələblər haqqında mütəmadi məlumatlar verilir. Layihənin məqsədi işsiz və işaxtaran vətəndaşları aktiv vakansiyalar haqqında məlumatlandırmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Təqdim edilmiş vakant iş yerləri haqqında maraqlanan vətəndaşlardan Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsinə müraciət etmələri xahiş olunur.”
Beləliklə, ən müxtəlif peşələr üzrə iş yerləri təklif olunur. Fermer təsərrüfatlarında,çörək istehsalı müəssisəsində, digər yerlərdə işlər var. Aqranom, mühafizəçi, qeydiyyatçı, fəhlə… İş nə qədər desən! Ysş həddinə, iş saatına kimi qeyd olunur.
Şəmkir rayon rəhbərliyinin təşəbbüsü təqdirə layiqdir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Şəmkir.