“UN-HABITAT”ın icraçı direktoru: İnsanların şəhərlərə köçməsinin artması iqlim, ərzaq təhlükəsizliyi və ekosistem üçün təhdiddir

post-img

Biz qlobal şəkildə yaşayış yeri böhranı ilə üzləşirik.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri COP29-un iştirakçısı, “UN-HABITAT”ın icraçı direktoru Anaklaudia Rossbax Bakıda şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, infrastruktur problemlərinə görə bir milyona yaxın insan qeyri-rəsmi yaşayış yerlərində yaşayır: “Hazırda dünyada insanların yarısı şəhərlərdə yaşayır və 20 ildən sonra daha 2,4 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir. Şəhərlər buna hazır olmalıdır. Buna görə də şəhərlər ərazidən istifadəni genişləndirməyə, binaların sayını artırmağa məcburdurlar. Bu isə iqlim, ərzaq təhlükəsizliyi və ekosistem üçün təhdiddir”.

Sosial həyat