COP29-da iştirak etmək üçün Bakıda, Can Azərbaycandayıq. Bu günə qədər hər sahədə göstərdiyimiz əməkdaşlığı, birgə işbirliyini və problemlərin həllinə yönəlmiş cəhdlərimizi bu dəfə başqa bir qlobal məsələdə yenidən ortaya qoyuruq. Hazırda dünyanın diqqəti Azərbaycanda, Bakıdadır. Bizlər də burada özümüzü evimizdəki kimi hiss edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Çiğdəm Karaaslan deyib.
O qeyd edib ki, COP29-da aparılacaq müzakirələr dünyanın gələcəyi üçün çox vacibdir. Hər bir ölkə öz tarixi məsuliyyətinin qarşılığını verməli və problemin həllində iştirak etməlidir.