Baş prokuror: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq

post-img

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı qeyd edib.

“Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq. Beynəlxalq ictimaiyyətin bu barədə yekdil qərarını verməsi dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir” – deyə Baş prokuror əlavə edib.

Sosial həyat