Naftalan şəhərində "Şəxsi inkişaf yay məktəbi " layihəsi

post-img

Gənclərin İnkişaf və Karyera Mərkəzi Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin təşkilatçılığı ilə "Şəxsi İnkişaf yay məktəbi " layihəsi həyata keçirilib.

Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirilib.

"Şəxsi İnkişaf yay məktəbi " layihəsinin əsas məqsədi gənclərin şəxsi inkişafına tövhə vermək; gənclərin şəbəkələşməsinə uyğun format yaratmaq; gənclərin yay tətilinin əyləncəli və səmərəli keçməsinə şərait yaratmaq; gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır.

Layihənin rəsmi açılış hissəsində Naftalan şəhər İcra Hakimyyətinin müavini Kəmalə Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, GİKM - nin Naftalan, Göygöl və Daşkəsən rayon bölmələrinin əməkdaşları Əfqan Baxşəliyev, Raul Abbaszadə və Gültəkin Məmmədova, Naftalan şəhər gənclər və idman sektoru əməkdaşı İsa İsayev və Goranboy və Göygöl Gənclər Evlərinin təlimçiləri Nərmin Cəlilova, Qoşun Nəsirov iştirak edib.

Layihə çərçivəsində "Zamanın idarə edilməsi " ,"Komanda işi", "Layihələrin idarə edilməsi" mövzularında təlimlər, qrup işləri və enercayzerlər həmçinin təlimlər arası çay, kofe fasiləsi təşkil olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Daha sonra Naftalan şəhər turu təşkil olunub.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi Gəncə-Daşkəsən regional nümayəndəliyi və nümayəndəliyə daxil olan Gəncə, Naftalan şəhərləri və Daşkəsən, Goranboy, Göygöl rayon bölmələrindən 24 gənc iştirak edib.













Sosial həyat