Cizgi filmlərinin xeyri və ziyanı

post-img

Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin Rəqəmsal Təhsil Mühitinin Koqnitiv Tədqiqat Mərkəzinin psixoloqu və baş elmi işçisi Elena Şepeleva Gazeta.Ru-ya bildirib ki, bəzi müasir cizgi filmləri uşaqlarda stereotip düşüncənin formalaşmasına, mənfi keyfiyyətin yaranmasına gətirib çıxarır.

"Balaca tamaşaçılar müasir cizgi  seriallarıdakı personajları hər epizodda gördükləri  üçün  onları özlərinə yaxın dost, hətta ailə üzvləri kimi qəbul etməyə başlayır. Bunun həm müsbət, həm də mənfi tərəfi var–uşaqlar müxtəlif vəziyyətlərdə fərqli insanların necə davrana biləcəyini başa düşür, lakin onlarda bəzi stereotiplər də yaranır. Məsələn, Luntik haqqında cizgi serialında tırtıllar  xoşagəlməz hərəkətlər edir, kəpənəklər bəzənir, balaca arı  zəhmət çəkir. Uşaqlar belə cizgi filmlərinə baxmaqla bu və ya digər davranış modellərini–pis və ya yaxşı keyfiyyətləri mənimsəyirlər. Məsələn, "Maşa və Ayı" cizgi serialında Maşa hər zaman tərslik  edir və səbrli valideyn rolunu canlandıran Mişka onun tərsliyinin nəticələrini aradan qaldırır. Uşaqlar gördüyü nümunələri mənimsəyir və Maşanı təkrarlamağa çalışırlar. Belə halda, valideynlər Maşanın hərəkətlərinin nəticələrini uşaqları ilə müzakirə etməlidirlər.

Bununla belə, övladınıza müasir cizgi filmlərini göstərməkdən  yayınmamalısınız, çünki onlar realizm çərçivəsindən kənara çıxmadan təcrübəni artıra bilər"–deyib psixoloq.

Onun sözlərinə görə,  əgər valideynlər, övladınının cizgi filmlərinə baxdıqdan sonra  yaranan davranış dəyişikliklərini görüb multfilmdəki  süjet və obrazları uşaqları ilə  müzakirə edib nəyin pis, nəyin yaxşı olduğunu onlara başa salsalar, yeni cizgi filmləri uşaqlar üçün faydalı ola bilər.

Zülfiyyə ZİYA

XQ

 

 

Sosial həyat