Səyyar qəbulda məsələ qaldırıldı: ”kəndlərimizi birləşdirən yol təmir olunsun”

post-img

Goranboy rayonunun Todan və Erkeç kəndlərində keçirilən səyyar qəbullar qaldırılan problemlərin operativ həlli ilə yadda qalıb. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq yerlərdə, o cümlədən Goranboyda da vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə Todan və Erkeç kəndlərində səyyar qəbul keçirərkən sakinlər içməli su, yol, təbii qaz və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinə toxunmuşlar. Rayon rəhbəri problemlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirmişdi.

Rayon icra hakimiyyətindən  bildirmişlər ki,  Məhərrəm Quliyevin Todan və Erkeç kəndlərində kecirdiyi səyyar qəbul zamanı kənd sakinlərinin ünvanladığı müraciətlərə əsasən Todan və Erkeç kəndini birləşdirən yolda hazırda təmir-bərpa işləri aparılır. Digər məsələlər də nəzarət altındadır.
         

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy rayonu.









Sosial həyat