2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təkrar əlillik təyin edildikdə, təkrar əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi verib.
Beləliklə, həmin aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödənişlər verilir. Bu tədbir ötən dövrdə 34,3 min şəxsi əhatə edib.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,4 milyon manat vəsait ödənilib.